Xorxe Braz: Azərbaycanın oyununa uyğunlaşmağımız lazımdır
25 sentyabr 2016 14:30
Futzal üzrə Portuqaliya yığmasının baş məşqçisi Xorxe Braz Kolumbiyada təşkil olunan dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Komandamız öz oyununu sərgiləməyə çalışacaq. Amma eyni zamanda Azərbaycan yığmasının sərgilədiyi oyuna da uyğunlaşmağımız lazımdır. Onlar çox təşkilatlanmış oyun sərgiləyirlər. Çox ağıllı məşqçisi var. Şübhəsiz ki, çətin oyun olacaq. Lakin unutmamalıyıq ki, ölkəmizi təmsil edirik".