"Azərbaycanın braziliyalılarına oynamağa imkan vermək olmaz"
25 sentyabr 2016 13:30
Futzal üzrə Portuqaliya yığmasının üzvü Joao Matoş Kolumbiyada təşkil olunan dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Rəqibimizin heyətində kifayət qədər yaxşı oyunçular var. Milliləşdirilmiş braziliyalılar çox keyfiyyətlidir. Onlara oynamağa imkan vermək olmaz. Biz indidən Portuqaliyanın dünya çempionu olacağını söyləyə bilmərik. Biz hər bir oyuna ciddi yanaşmalıyıq. Çempion olmaq üçün qarşıda üç belə vacib oyun var".