Azərbaycan Portuqaliyaya məğlub oldu
26 sentyabr 2016 10:30
Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması bu gün 1/4 final mərhələsi çərçivəsində Portuqaliya ilə üz-üzə gəlib.
Bu oyuna ciddi itkilərlə çıxan komandamız meydançanı məğlub tərk edib. 2:3 hesabıyla uduzan futzalçılarımız DÇ-də mübarizəni dayandırmalı olublar.
DÇ-2016
1/4 final
26 sentyabr
Azərbaycan - Portuqaliya - 2:3 (1:2)
Qollar: Tyaqu, 13 (1:1). Eduardo, 35 (2:3).
Baş hakim: Serjio Kabrera (Kuba).
Qeyd edək ki, Portuqaliya yarımfinalda Argentina ilə qarşılaşacaq. Digər yarımfinal cütündə isə Rusiya və İran üz-üzə gələcək.