Şehiç Belçika ilə oyuna çağırıldı
25 sentyabr 2016 00:50
"Qarabağ"ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina yığmasına çağırılıb. Azerisportaz xəbər verir ki, o, DÇ-2018-in seçmə mərhələsində Belçikaya qarşı keçirəcəkləri oyunda iştirak edə bilər.
Qeyd edək ki, Belçika - Bosniya-Herseqovina matçı oktyabrın 7-də Brüsseldə keçiriləcək.