Zaur Svanadze: AZAL-la oyuna tam nəzarət etməyi bacardıq
25 sentyabr 2016 00:40
"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 3:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Çox çətin oyun oldu. Amma biz görüşə nəzarət edə bildik. Rəqib birinci hissədə demək olar ki, heç bir qol vəziyyəti yarada bilmədi. İkinci hissədə isə onlar artırdılar. Buna baxmayaraq, biz bir qədər də inamlı çıxış edə və qələbə qazana bildik. Vacib üç xal qazandıq. Razıyam. Uşaqlara bu cür oyuna görə təşəkkürümü bildirirəm. Artıq "Zirə" ilə oyuna hazırlaşmalıyıq".