Məsimovsuz Domjaledən növbəti 5:0
25 sentyabr 2016 00:30
Futbol üzrə Sloveniya çempionatında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Krsko" ilə qarşılaşıb. Futbolçumuzun komandası ötən tur "Radomjle" ilə görüşdəki kimi, bu oyundan da da 5:0 hesablı qələbə ilə ayrılıb.
Samir əvvəlki 10 turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" 11 turdan sonra 20 xalla 10 klub arasında 2-ci pillədə qərarlaşıb.