Əzizov oynamadı, komandası darmadağınla üzləşdi
25 sentyabr 2016 00:20
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası - "Den Boş" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Emmen"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
Ziya bu görüşü də sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Den Boş" 8 turdan sonra 7 xalla 20 komanda arasında 17-cidir.