Emin Nurinin komandasından növbəti qələbə
24 sentyabr 2016 22:00
İsveç çempionatında 23-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Yonçopinq Sedra" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 1:0.
Əsas heyətdə meydana çıxan Emin yenə 90 dəqiqə mübarizə aparıb. O, matçın 50-ci dəqiqəsində sarı vərəqə də alıb.
"Kalmar" geridə qalan turlarda topladığı 35 xalla 16 klub arasında 6-cı pillədə qərarlaşıb.