Şeydayevsiz Trabzonspor bu dəfə qalib gəldi
24 sentyabr 2016 19:40
Futbol üzrə Türkiyə Super Liqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandası - "Trabzonspor" da növbəti matçına çıxıb.
Trabzon təmsilçisi doğma meydanda "Konyaspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ilə ayrılıb - 1:0.
İlk dörd turda olduğu kimi, Ramil bu görüşün də iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Trabzonspor" 5 turdan sonra 6 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.