Kamran Ağayev: Növbəti oyunlara daha ciddi hazırlaşacağam
24 sentyabr 2016 19:20
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev Portuqaliyanın "Boavişta" klubundakı debüt matçını şərh edib. Azerisport.az saytına açıqlamasında o, "Portu"ya 1:3 hesabıyla uduzduqları görüşlə bağlı bunları söyləyib:
"Oyundan sonra hirsimdən yata da bilmədim. Qismət. Son qol epizodundan qətiyyən bəxtim gətirmədi. Uğurlu debüt edə bilmədim. Bəlkə də bunun müsbət təsiri olacaq. Növbəti oyunlara daha ciddi hazırlaşacağam".