Kəpəz - Qarabağ oyunu təxirə salındı
24 sentyabr 2016 19:00
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 6-cı turun daha bir oyunu keçirilib. Azerisport.az xəbər verir ki, "Zirə" - "Qəbələ" görüşündə qalib müəyyənləşməyib.
Bu günə nəzərdə tutulan digər görüş isə baş tutmayıb. Güclü yağış səbəbindən “Kəpəz” – “Qarabağ” oyunu təxirə salınıb. Oyun sabah saat 12:00-da Tovuz şəhər stadionunda başlanacaq.
Əvəzedicilərin çempionatı
6-cı tur
24 sentyabr
“Zirə” - “Qəbələ” - 1:1
Qollar: Muxtar Əliyev, 10-pen. - Ravil Yusifli, 11.