Fotoreportaj|Video|На русском

Futbol

Zaur Axundov: Millidən belə uğur gözləmirdim

24 sentyabr 2016 18:20

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov AFFA-nın rəsmi saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Taylandla oyunun bu qədər gərgin keçəcəyini gözləyirdinizmi?
- Oyun haqda danışmazdan əvvəl futzalçılarımıza təşəkkür edirəm. Bu gün dünya çempionatında mübarizəni davam etdirən 8 komandadan biri Azərbaycandı. İlk dəfə ən mötəbər yarışa qatılan millimizin çıxışına yarışın təşkilatçısı FİFA da biganə qalmayıb. Taylandla oyunu dünyanın ali futbol qurumu “qol festivalı” adlandırıb. Çempionatda belə hesab qeydə alınmamışdı. Oyunun axarı 4 dəfə dəyişdi. Millimiz favorit hesab edilsə də, Tayland da layiqli rəqibdi, gözəl təsir bağışladı. Qarşılaşmanın əlavə vaxtında ustalıq səviyyəsi sözünü dedi. Bu oyun haqda çox danışmaq olar, amma bizi qarşıda daha çətin matç gözləyir. Artıq Taylandla qarşılaşmanı unutmuşuq. Portuqaliya ilə vacib duelə hazırlaşırıq.

- Portuqaliya bu cür böyük yarışlarda favorit komandalardan hesab edilir. Onlarla oyun haqda nə düşünürsüz?
- Rəqibimizi yaxşı tanıyıram. Son 4-5 ildə onlarla bir neçə vacib oyunumuz olub. Heyətlərində ulduz futzalçılar var. Biz isə oyuna Fineo, Rövşən Hüseynli və Vassouranın yoxluğu ilə çıxacağıq. Bugünə qədər az şans verilən futzalçılara özlərini göstərmək imkanı veriləcək. Komanda ilə iclas keçirmişik. Gücümüz imkan verdiyi qədər mübarizə aparmalıyıq, aparacağıq da. Portuqaliyanın böyük ambisiyası var. Braziliya, İtaliya kimi favorit komandaların yoxluğundan faydalanmaq, uğur qazanmaq istəyirlər. Üstəlik, bu oyuna hazırlaşmaq üçün onların vaxtı bizdən çox olub. Heyətlərində zədəli, cəzalı futzalçı yoxdu.

- Hər dəf edilən mərhələ özünəinamı artırmaqla yanaşı, iştahı da böyüdür.
- Həmin futzalçılar üçün böyük imkan yaranıb. Açığı, onlar məşqdə nümayiş etdirdikləri oyunu, istəyi, əzmkarlığı Portuqaliya ilə matçda göstərməyi bacarsalar, yarımfinala adlaya bilərik.

- İstər sosial şəbəkələr vasitəsilə, istərsə də reaksiyalardan görünür ki, millinin oyununa gecə saatlarında başlamasına rəğmən maraq böyükdür. Bu baxımdan, oyunçular məsuliyyətlərini dərk edirlərmi?
- Komandamız 9 gün ərzində 4 vacib oyun keçirib. İntensiv şəkildə təşkil edilən yarışın ölkəmizdən çox uzaqlarda təşkil edilməsi də işimizə çətinlik yaradır. Cəzalı və ya zədəli futbolçunun əvəzinə başqa oyunçu dəvət etmək olar. Amma vaxtın azlığı, Azərbaycanla Kolumbiya arasında məsafənin uzaq, saat fərqinin böyük olması gətirəcəyimiz oyunçunun adaptasiya olması üçün zaman tələb edir. Yenə deyirəm, komandamız əlindən gələnin yaxşısını edib, etməkdə də davam edir. Təsadüfi deyil ki, millimiz dünya çempionatında ən güclü 8 komanda sırasındadır. Bu da komandamız adına böyük nailiyyətdir. Növbəti planımız nəticəmizi bir qədər də yaxşılaşdırmaqdır.

- Çempionat başa çatmasa da, yeni baş məşqçinin və komandanın nəticəsini uğurlu saymaq olarmı?
- Federasiya rəhbəri kimi baş məşqçinin, eləcə də komandanın işini uğurlu hesab edirəm. Bir müqayisə aparaq. Bizim 1/8 final mərhələsində mübarizədən kənarlaşdırdığımız Tayland öz qrupunda Misiri məğlub edib. Misir isə 2 il əvvəl Avropa çempionu olmuş, eləcə də mundiallın iddialılarından İtaliyanı yarışdan kənarlaşdırdı. Və ya qrup mərhələsində heç-heçə etdiyimiz İran yığması son dünya çempionunu evə yol saldı. Bu cür nəticələrə imza atan rəqibləri üstələmək asan iş deyil. Onların işindən razıyam, amma burda dayanmamalıyıq. Portuqaliya ilə matçda da komandamız Azərbaycanı layiqincə təmsil etməlidir.

- Yarışdan əvvəl komandanın qarşısına 1/8 final mərhələsinə yüksəlmək tapşırığı qoyulmuşdu. Bura qədər irəliləyəcəyinizə inanırdınızmı?
- Optimist insanam. Bəli, qarşıya konkret məqsəd qoyulmuşdu – 1/8 final mərhələsinə çıxmaq. Çünki “ölüm qrupu”nda yer almışdıq. Rəqiblərimiz öz qitələrininçempionudurlar. Bu cür qrupdan ikinci yerlə çıxmaq asan iş deyil. Vacib oyunöncəsi iki pleymeyker və əsas qapıçımızın olmaması orta xətdə çətinlik yaradacaq. İndi məşqçilər yarana biləcək boşluğu doldurmağın yollarını axtarırlar. Çalışacağıq ki, müdafiədən oynayaq. Futboldu, hər şey baş verə bilər. Necə ki, İran Braziliyanı, Misir isə İtaliyanı çempionatdan kənarlaşdırdı. Qrupdan növbəti mərhələyə vəsiqə qazanacağımıza inanırdım, amma ¼ final mərhələsi haqda düşünmürdüm. Bunu gözləmirdim. Qazaxıstanın, Ukraynanın, Rusiyanın yer aldğı qrupa düşsəydik, əlbəttə, inanardım. Komandamıza inanıram və Portuqaliya ilə qarşılaşmada da bizi sevindirəcəklərimə ümid edirəm.

- Federasiya rəhbəri kimi qazanılan uğuru necə dəyərləndirirsiniz?
- Göstərilən diqqətə, oyunlarımızı daim işıqlandırdığına, komandaya dəstək verdiyinə görə jurnalistlərimizə təşəkkür edirəm. Bu təkcə mənim yox, Azərbaycan futbolunun, AFFA-nın uğurudur. Hazırda dünyanın ən güclü 8 komandası sirasındayıq. Bu, birgə işin bəhrəsidir.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah