Keçmiş komandası Dmitri Nazarovu məyus etdi
24 sentyabr 2016 18:00
Futbol üzrə Almaniya ikinci Bundesliqasında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Ersgebirge" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Nazarovun keçmiş klubu "Karlsrue" ilə qarşılaşıb. Futbolçumuzun indiki klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Nazarov bu görüşə start heyətdə çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Ersgebirge" 6 turdan sonra 7 xalla 18 klub arasında 11-ci pillədə qərarlaşıb.