Asif Məmmədov: Uduzan tərəf həmişə hakimlikdən narazı qalır
24 sentyabr 2016 14:30
"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov Topaz Premyer Liqasında "Sumqayıt"a qarşı keçirdikləri son oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Layiqli qələbə qazandıq. Uzun müddət qol vura bilmədik. Yorğunluq var idi. Baş məşqçi heyətdə rotasiyaya da əl atmışdı. İstədiyimiz oyunu sərgiləyə bilməməyimizi isə isti hava ilə əlaqələndirərdim. Hakimliyə gəlincə, yəqin ki, biz də uduzsaydıq, narazı qalardıq. Uduzan tərəf həmişə hakimlikdən narazı qalır. Turnir cədvəlində ilk pilləyə yüksəlsək də, bu, sevinməyə əsas vermir. Əsas oyunlarımız hələ qabaqdadır. Qələbə qazanmağa davam etməliyik".