"Kamran Ağayev Portuqaliya çempionatının ən yaxşı qapıçılarından biri olacaq"
Futbol ürə Azərbaycan yığmasının qapıçılarla iş üzrə məşqçisi Faiq Əzizov Kamran Ağayevin Portuqaliyanın "Boavişta" klubundakı uğursuz debütündən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Portu" ilə görüş onun ilk oyunu idi. Hər şey o qədər də pis deyildi. Hamı onun üçüncü qol epizodunda kobud səhv etdiyini düşünür. Bəli, elədir. Amma bu, onun pis qapıçı olduğu anlamına gəlməməlidir. Bu, onun debüt matçı idi. Özü də rəqib Portuqaliyanın ən güclü klubu idi. Belə səhvlərə hətta ən güclü qapıçılar da yol verirlər. Həmin səhvi nəzərə almasaq, debüt heç də pis alınmadı. Özünüz də görəcəksiniz, Kamran Portuqaliya çempionatının ən yaxşı qapıçılarından biri olacaq. Onu da unutmayaq ki, o, bu matça az oyun təcrübəsi olduğu halda çıxmışdı. Düşünmürəm ki, baş məşqçi bu oyundan sonra onu ehtiyatda saxlasın".