Dadaşovun komandası yenə 1 xalla kifayətləndi
24 sentyabr 2016 12:00
Almaniyanın Şimal-Şərq Regional Liqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu - "Moyzelvits" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Vakker Nordhauzen"lə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Start heyətdə meydana çıxan Dadaşov bu dəfə 76-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 8 turdan sonra "Moyzelvits" cəmi 4 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.