Ruud Qullit Bakıya gələcək
23 sentyabr 2016 16:00
UEFA AÇ-2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak etmək üçün xüsusi qonaq qismində dünya futbolunun tanınmış simalarından biri, AÇ-1988-in qalibi, hollandiyalı futbol ulduzu Ruud Qullit paytaxtımıza gələcək. Azerisport.az xəbər verir ki, mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.