Azərbaycan Tailanda qalib gəldi
Kolumbiyada təşkil olunan futzal üzrə dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan milli komandası 1/8 finalda Tailandla üz-üzə gələcək.
İlk dəfə mundiala qatılan Miltinyonun çalışdırdığı yığmamız qrupdan çıxmaqla artıq DÇ-2016-da özündən söz etdirməyi bacarıb. İndi komandamız yeni tarix yazmaq imkanına malikdir.
Xatırladaq ki, komandamız turnirdə keçirdiyi ilk oyunda Mərakeş yığmasına 5:0 hesabı ilə qalib gəlmiş, növbəti oyunda isə İspaniya yığmasına məğlub olmuşdu – 2:4. Son oyununda İranla 3:3 hesablı bərabərliyə razılaşan komandamız qrup ikincisi kimi 1/8 finala çıxmışdı.
DÇ-2016
1/8 final
23 sentyabr
Azərbaycan - Tailand - 13:8
Medellin. "Coliseo Ivan de Bedout" idman kompleksi.
Növbəti rəqib - Portuqaliya komandasıdı.