Ramal Hüseynov: Qarabağa yeni nəfəs lazımdır
"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Ramal Hüseynov Ağdam klubunun Avropa Liqasındakı çıxışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"a İtaliyada "Fiorentina"ya qarşı oynamaq çətin olacaq. Keçmiş klubumun qrup mərhələsindəki ilk oyununa baxdım. Fikrimcə, onların Çexiya "Slovan"ı ilə oyunda bəxti gətirdi. Çexiyada oynasaydılar, komandamız böyük hesabla uduzardı. Beelə oyunlar çox uzağa getmək olmaz. Aydın məsələdir ki, Azərbaycan futbolunun səviyyəsi aşağı düşüb. Çempionatda cəmi 8 klub çıxış edir. "Qarabağ"ın 11-ci saniyədə qol buraxması da bu və digər çatışmazlıqların nəticəsi idi. Heyət də əvvəlki deyil. Reynaldo əvvəlki oyunu göstərmir. O, artıq "Qarabağ"a kömək edəcək gücdə deyil. Yenilər də kömək etmirlər. "Qarabağ"a yeni nəfəs, xüsusilə də gənc oyunçular lazımdır. Əvvəllər bu komandanın hər səfər oyunundan xalla dönəcəyinə inanırdım. Amma indi belə demək olmur".