Zenyov qol vurdu, Estoniya yığması qələbəni əldən verdi
1 sentyabr 2016 00:30
Estoniya yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin hücumçusu Sergey Zenyovun komandası Malta ilə üz-üzə gəlib.
Estonlar bu görüşdən 1:1 hesablı heç-heçə ilə ayrılıb. Qarşılaşmada hesabı Zenyov açıb. Amma maltalılar onun bu qoluna cavab veriblər. Nəticədə, qarşılaşmada qalib müəyyənləşməyib. Zenyov isə 90 dəqiqə meydanda olub.