Neftçi Rəvanla heç-heçəyə razılaşdı
1 sentyabr 2016 00:20
"Neftçi” yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda "Rəvan” klubu ilə qarşılaşıb.
İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutmuş görüş 2:2 hesabı ilə nəticələnib. "Neftçi”nin heyətində Katalin Tira və Cavid İmamverdiyev fərqləniblər. Əsas heyətin 10 futbolçusu oyunda iştirak etməyib. Buna səbəb komandanın 6 üzvünün milli komandaların düşərgəsinə yollanması, 4 üzvünün isə zədəli olmasıdır.
Əvəzində, əvəzedici komandanın 17 yaşlı futbolçusu Elçin Əsədov, Anton Krivotsyuk və Maksim Vaylo start heyətində meydana çıxıb. Fasilədən sonra isə digər gənc oyunçular – Kamran İbrahimov, Sənan Əbilov, Ömər Buludov, Orxan Sabirbəyli, Kənan Mirzəliyev, Samir Əhmədov və Aqşin Qurbanlıya da şans verilib.