Futzal millimiz uşaqlarla futbol oynadı
31 avqust 2016 17:00
Xəbər verdiyimiz kimi, AFFA-nın "Facebook" səhifəsinə daxil olmuş müraciət əsasında Bakı şəhəri, Xətai rayonundakı məhəllələrin birində AFFA tərəfindən səyyar futbol meydançası quraşdırılaraq məhəllə sakinlərinin ixtiyarına verilib. Azerisport.az xəbər verir ki, futzal üzrə Azərbaycan milli komandasının üzvləri səyyar meydançada uşaqlarla futbol oynayıb, xatirə şəkilləri çəkdiriblər.