Fotoreportaj|Video|На русском

Futbol

AFFA-dan danışılmış oyunlarla bağlı bəyannamə

31 avqust 2016 12:20

Xəbər verdiyimiz kimi, AFFA-nın İcraiyyə Komitəsinin avqustun 29-da keçirilmiş  iclasında “Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası” ilə bağlı Bəyannamə qəbul olunub, peşəkar futbolla bu və ya digər şəkildə məşğul olan hər bir şəxsin Bəyannaməni imzalamaqla müvafiq öhdəlik götürməsi barədə qərar qəbul edilib. Azerisport.az bəyannamənin mətnini diqqətinizə çatdırır:

Mən, (Ad, soyad, ata adı) bununla aşağıdakıları bəyan edirəm:

Bəyan edirəm ki, AFFA-nın İntizam Qaydaları ilə, xüsusilə də “Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası” ilə bağlı müddəalarla tanış olmuşam. Mənə aydındır ki, korrupsiya, oyun nəticələrinin potensial manipulyasiyası, yəni oyunun nəticəsinin və ya oyundakı hadisənin və ya hadisələrin əvvəlcədən razılaşdırılması və ya oyunun nəticəsinə və ya oyundakı hadisəyə və ya hadisələrə süni təsir göstərilməsi və bu kimi qeyri-qanuni hallar qadağandır və oyunların nəticəsi ilə bağlı manipulyasiyada təqsirli olan şəxs qanunla məsuliyyətə cəlb olunur və müəyyənləşdirilmiş müvafiq sanksiyalara məruz qalır.
 
Bəyan edirəm ki, istənilən manipulyasiya halları (birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və ya qeyri-maddi nemət, imtiyaz və ya güzəşt təklif olunması/istənilməsi və ya alınması, bu barədə təklifin və ya vədin verilməsi/qəbul edilməsi və ya hər hansı digər vasitə ilə sövdələşməyə daxil olma,  zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə hər hansı hərəkətləri etmək və ya etməmək tələbi) və ya digər oyun nəticələrinə qanunsuz təsir halları ilə qarşılaşdığım zaman bu cür qeyri-qanuni prosesin iştirakçısı qismində çıxış etməyəcək və futbolun bütovlüyünü qorumaq məqsədilə xoşagəlməz hadisədən yayınmaqla, belə hallar barədə dərhal AFFA-nın prezidentinə və ya vitse-prezidentlərinə və ya AFFA-nın Baş Katibliyinə məlumat verəcəyəm.     
 
Bəyan edirəm ki, oyunun nəticəsinin əvvəlcədən müəyyən olunması və ya buna cəhd və ya oyunlara hər hansı qanunsuz təsir şübhəsinin olması barədə məlumatım olduğu halda bu məlumatı dərhal müvafiq qurumlara, o cümlədən AFFA-nın prezidentinə və ya vitse-prezidentlərinə və ya AFFA-nın Baş Katibliyinə çatdıracağam. Bununla əlaqədar tərəfimdən hərəkətsizlik baş verməsi ilə bağlı hüquqi məsuliyyətimi və futbol qaydalarının və etik normaların pozulmasının potensial nəticələrini dərk edirəm.
 
Mənə aydındır ki, oyunların nəticəsi ilə bağlı manipulyasiya yolverilməzdir və bəyan edirəm ki, bu cür manipulyasiya hallarına qarşı mübarizə aparmaq məqsədilə müvafiq tədbirlərin görülməsi, belə halların qarşısının alınması, təqsirli şəxslərin məsuliyyətinin müəyyən edilməsi, şübhəli məqamların aşkar olunması və bu cür məqamlara aydınlıq gətirilməsində müvafiq qurumlara köməklik göstərəcəyəm.
 
Bəyan edirəm ki, futbol oyunları ilə bağlı heç bir mərc, lotereya və ya bənzəri oyunlarda iştirak etməyəcəyəm.
 
Bəyan edirəm ki, futbolda manipulyasiya, xüsusi ilə də oyunların nəticələrinin əvvəlcədən razılaşdırılmasına qarşı mübarizəyə dair bu bəyannamənin tərtib edilməsini müsbət qarşılayır və bu bəyannaməni imzamla təsdiq edirəm.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah