Nazarov: DÇ-yə vəsiqə qazanmaq üçün San Marinoya qalib gəlməyə borcluyuq
31 avqust 2016 11:30
Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarov DÇ-2018-in seçmə mərhələsinin startı ərəfəsində şanslar barədə danışıb. Azerisport.az xəbər verir ki, o, Almaniya mətbuatına açıqlamasında bunları söyləyib:
"Azərbaycan yığmasının Almaniya ilə bir qrupda yer alması yaxşıdır. Qarşıda San Marino ilə oyun var. Rusiyada keçiriləcək dünya çempionatında iştirak etmək istəyiriksə, bu oyunda qələbə qazanmaq lazımdır. Bunun üçün çalışacağıq. Məni Azərbaycan yığmasına 2012-ci ildə Berti Foqts dəvət edib. Bakıda insanlar bir almanın onların komandasında oynamasına sevinirlər. Bu komandada artıq 15 oyun keçirmişəm".