Əliyar Ağayev UEFA-dan yeni təyinat aldı
30 avqust 2016 17:30
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 8-ci qrupunda sentyabrın 2-də keçiriləcək Belarus – Hollandiya oyununun baş hakimi Əliyar Ağayev olacaq.
Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.