Qarabağ Şehiçi serbiyalı ilə əvəz edir?
30 avqust 2016 17:00
"Qarabağ" yeni qapıçı ilə müqavilə bağlaya bilər. Azerisport.az xəbər verir ki, Ağdam klubunun Belqrad "Partizan"ının qapıçısı Boyan Şaranovla güclənməyə hazırlaşdığı iddia olunur.
Bu barədə Serbiya mətbuatı məlumat yayıb. Serblər iddia edir ki, Ağdam klubu Şaranovu bosniyalı qolkiper İbrahim Şehiçə əvəzləyici gətirir. Şehiçin isə Türkiyə klublarından birinə transferi gözlənilir.
Şaranovun "Partizan"la 2017-ci ilə qədər müqaviləsi var. Amma onun yaxın iki gündə klubla problemini yoluna qoyub, "Qarabağ"la anlaşacağı bildirilir.