Qəbələnin rəqibi rumıniyalı futbolçu transfer etdi
29 avqust 2016 19:00
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - Belçika "Anderlext"i heyətinə yeni futbolçu cəlb edib. Azerisport.az xəbər verir ki, sözügedən klub Rumıniya "Styaua"sında çıxış edən Nikolae Stankunun transferini rəsmiləşdirib.
Yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Sözügedən futbolçunun "Sauthempton"a da keçidi gündəmdə imiş. Amma belçikalılar daha bacarıqlı davranıblar.
Stanku bir il ərzində "Styaua"da 24 qol vurub. O, həm də Rumıniya yığmasının şərəfini qoruyur.