Zirə İnterin sabiq oyunçusu ilə gücləndi
29 avqust 2016 18:20
“Zirə” heyətinə daha bir legioner cəlb edib. Azerisport.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kolli bundan sonra sözügedən komandanın şərəfini qoruyacaq.
Futbolçu ilə 1 illlik müqavilə imzalanıb.
Karyerasına İtaliyanın “Çezena” klubunda başlayan Sezar bundan sonra icarə əsasında İspaniyada “Alaves” və İtaliyada “Paviya” klublarında icarə əsasında çıxış edib. Futbolçu son mövsüm ölkəmizdə “İnter”in formasını geyinib.