Prosineçki Abışovla Hüseynovu heç kimlə əvəz etməyəcək
29 avqust 2016 14:00
Futbol üzrə Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində qarşılaşacağı San Marino ilə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, Ruslan Abışovla Bədavi Hüseynov zədələnərək millinin düşərgəsinə tərk etsə də, baş məşqçi Robert Prosineçki onların əvəzində komandaya başqa müdafiəçi cəlb etməyi düşünmür.
Bu gün Eddi İsrafilovla Pavel Paşayevin də millimizin düşərgəsinə qoşulması gözlənilir. Böyük ehtimalla axşam məşqində onlar da çıxış edəcəklər.