Millimiz Dünya Kubokuna 12 futbolçu ilə gedir
29 avqust 2016 13:00
İtaliyanın Yezolo şəhərində təşkil olunacaq çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin Avropa komandaları arasında seçmə mərhələsində Azərbaycan millisinin keçirəcəyi oyunların vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamız Fransa, Macarıstan və Bolqarıstanla mübarizə aparacaq.
Millimizn heyətini və oyunların təqvimini diqqətinizə çatdırırıq:
Vaqif Şirinbəyov, Elçin Qasımov, Renat Sultanov, Elvin Quliyev, Amid Nəzərov, Orxan Məmmədov, İlkin Hacıyev, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev, Hikmət Bağırov.
2 sentyabr, saat 14:45
Fransa – Azərbaycan
4 sentyabr, saat 12:15
Macarıstan – Azərbaycan
6 sentyabr, saat 11:00
Azərbaycan – Bolqarıstan
Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.