İK-nın iclasının başlama saatı dəyişdirildi
29 avqust 2016 12:40
Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın İcraiyyə Komitəsinin Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzində növbəti iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, bu iclasın başlama vaxtı dəyişdirilib.
Belə ki, iclas, əvvəlcədən xəbər verildiyi kimi, saat 18:00-da deyil, saat 19:00-da başlayacaq.