Kazbek Tuayev: Amma vətən satılmır, satın alınmır
AFFA-nın İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin azerisport.az saytına müsahibəsi
- AFFA İK-nın bu gün baş tutacaq növbəti iclasına hazırsınız?
- Аilə vəziyyətimlə əlaqədar bu iclasda iştirak edə bilməyəcəkəm.
- Qarşıda millimizi yeni seçmə mərhələ çərçivəsində San Marino ilə oyun göləyir. Amma Ruslan Abışovla Bədavi Hüseynov kimi iki aparıcı futbolçu zədə səbəbindən sıradan çıxıb. Bu, millimizə problem yaratmayacaq?
- Xeyr. San Marino ilə oyunda biz daha çox hücum barədə düşünməliyik. San Marino kimi rəqibi məğlub etmək lazımdır. Ümid edirəmki, DÇ-2018-in seçmə mərhələsinə uğurlu start verəcəyik.
- FİFA-nın Ramil Şeydayevlə Emin Mahmudovun millimizdə çıxış etməsinə razılıq verməsini necə qarşıladınız?
- Çox yaxşı. Onlar yığmamızda rəqabəti gücləndirəcəklər. Görünür, qan çəkib. Aleksandr Səmədov vaxtilə eyni addımı atmadı. O, bundan nə qazandı? Ola bilsin ki, əlavə 20 manat. Amma vətən satılmır, satın alınmır.
- Şeydayevin timsalında qarşıdakı illərdə millimizin hücum xəttində problemlər həllini tapa bilər?
- O, hələ yığmamızda debüt etməyib. Ola bilər ki, yığmamızda özünü göstərə bilsin. Sağlam, möhkəm oğlandır. "Zenit"də oynayıb, gənclərin Avropa çempionatında çıxış edib. Ümid edirəm ki, Azərbaycan yığmasının vuran ayağı olacaq.
- "Qarabağ"la "Qəbələ"nin ardıcıl ikinci mövsüm Avropa Liqasıbın qrup mərhələsinə vəsiqə qazanması nədənsə xəbər verir?
- Biz həmişə orada olmalıyıq. Əvvəllər bunu təkcə "Qarabağ" bacarırdı, indi "Qəbələ" də ondan geri qalmamağa çalışır. Şəxsən mən razıyam. Ümid edirəm ki, bu mövsüm qrup mərhələsindən də o tərəfə gedə biləcəyik.
- Ağdam klubunun qrupu da əvvəlkilərə nisbətən münasibdir...
- Əbəs yerə blə deyirsiniz. PAOK-la "Slovan" ortabab komanda olsa da, onlara qarşı oynamaq asan deyil. "Qarabağ" bütün gücünü səfərbər etməlidir.
- Sevimli "Neftçi"nizin durumu barədə heç nə danışmaq istəmirsiniz?
- Problem hər yerdə, hamıda var. Mən onları xüsusi dəstəkləyirəm. Orada dürüst və peşəkar insanlar çalışır. Ümid edirəm ki, paytaxt klubunda vəziyyət düzələcək.