Bədavi Hüseynov millinin düşərgəsini tərk etdi
29 avqust 2016 11:20
Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib. Azerisport.az xəbər verir ki, Bədavi Hüseynov (Qarabağ) zədələndiyi üçün toplanışda iştirakını dayandırmalı olub.
Futbolçu DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək.
Xatırladaq ki, daha öncə “İnter” komandasının üzvü Ruslan Abışov da eyni səbəbdən millinin toplanışını tərk etməli olmuşdu.