Vüqar qol vurdu, komandası qalib gəldi
29 avqust 2016 11:00
Futbol üzrə Latviya birinci liqasında 20-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Preilu" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının qələbəsi ilə başa çatıb - 2:0.
Hər iki futbolçumuz start heyətdə meydana çıxıb. Orxan fasilədə, Vüqar isə 88-ci dəqiqədə əvəzlənib.
Komandasının bombardiri olan Vüqar bu matçda da fərqlənib. O, 67-ci dəqiqədə görüşdə son nöqtəni qoyub. Bununla da o, vurduğu qolların sayını 24-ə çatdırıb. Həsənəliyev isə geridə qalan turlarda 9 qol vurub.
Qeyd edək ki, geridə qalan turlarda 40 xal toplayan "Olayne" 15 klub arasında 3-cü pillədə qərarlaşıb.