Qəbələnin rəqibi ev oyununda xal itirdi
28 avqust 2016 23:15
Futbol üzrə Fransa çempionatında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Sent-Etyen" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Tuluza" ilə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu görüşdən heç-heçə ilə ayrılıb - 0:0.
Qeyd edək ki, "Sent-Etyen" 4 xalla 20 klub arasında 10-cu pillədə qərarlaşıb.