Qarabağın rəqibi mövsümdə ilk qələbəsini qazandı
28 avqust 2016 23:00
Futbol üzrə Çexiya çempionatında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Slovan" da növbəti matçına çıxıb.
Libereç təmsilçisi səfərdə "Pribram"la qarşılaşıb. Ağdam klubunun rəqibi bu görüşdən qələbə ilə ayrılıb - 1:0.
Qeyd edək ki, bu, "Slovan"ın yeni mövsümdəki ilk qələbəsi olub. Libereçlilər 5 xalla 16 klub arasında 10-cu pillədə qərarlaşıblar.