Qarabağla Qəbələ qrup mərhələsindəki rəqiblərinə reytinqdə uduzur
UEFA Avropa ölkələrinin yeni klub reytinqini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycanın bu siyahıda ən yaxşı göstəriciyə malik komandası yenə də "Qarabağ"dır.
Ağdam klubu 14.800 xalla 115-ci pillədə qərarlaşıb. "Qarabağ" kimi, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qəbələ" isə 7.550 xalla 179-cudur.
Klublarımızın Avroliqanın qrup mərhələsindəki rəqiblərinin göstəriciləri isə belədir:
"Qarabağ"ın rəqibləri
"Fiorentina" (İtaliya) - 57.199 xalla 25-ci
PAOK (Yunanıstan) - 28.320 xalla 61-ci
"Slovan" (Çexiya) - 23.455 xalla 82-ci
"Qəbələ"nin rəqibləri
"Anderlext" (Belçika) - 42.560 xalla 39-cu
"Sent-Etyen" (Fransa) - 26.566 xalla 66-cı
"Maynts" (Almaniya) - 16.528 xalla 102-ci
Göründüyü kimi, klublarımız reytinq baxımından rəqiblərinin hamısından geri qalırlar. Amma ümid edək ki, "Qarabağ"la "Qəbələ" belə güclü rəqiblərlə oyunlarda sürpriz nəticələri ilə Azərbaycan futbol ictimaiyyətini sevindirməyi bacaracaq.