Emin Nurinin komandası liderə uduzdu
28 avqust 2016 11:00
İsveç çempionatında 20-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda lider "Norçöpinq"lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:1. Əsas heyətdə meydana çıxan Emin 90 dəqiqə mübarizə aparıb.
"Kalmar" geridə qalan turlarda topladığı 25 xalla 16 klub arasında 9-cu pillədə qərarlaşıb.