Qəbələnin rəqibi mövsümə məğlubiyyətlə başladı
28 avqust 2016 01:30
Futbol üzrə Almaniya Bundesliqasında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - "Maynts" da ilk matçına çıxıb.
Sözügedən komanda səfərdə Dortmund "Borussiya"sı ilə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
"Maynts"ın yeganə qolunu 90-cı dəqiqədə Yoşinori Muto vurub.