Şeydayevsiz Trabzonspor ilk məğlubiyyətini aldı
28 avqust 2016 01:20
Futbol üzrə Türkiyə Super Liqasında 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandası - "Trabzonspor" da növbəti matçına çıxıb.
Trabzon təmsilçisi səfərdə "Qaziantepspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ilə ayrılıb - 0:1.
İlk turda olduğu kimi, Ramil bu görüşün də iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Trabzonspor" 2 turdan sonra 3 xalla 18 klub arasında 5-ci pillədə qərarlaşıb.