Dmitri Nazarovdan uğursuz 1 saat
28 avqust 2016 01:10
Futbol üzrə Almaniya ikinci Bundesliqasında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Ersgebirge" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Qroyter"lə qarşılaşıb. Matç futbolçumuzun klubunun məğlubiyyəti ilə başa çatıb - 2:3.
Start heyətdə meydana çıxan Nazarov bu görüşün 59-cu dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, "Ersgebirge" 3 turdan sonra 3 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.