Marko Şuler: O, Qəbələ ilə hər iki oyunun qəhrəmanıdır
27 avqust 2016 15:20
Sloveniyanın "Maribor" klubunun futbolçusu Marko Şuler Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri cavab oyunundan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Cavab oyununda biz çox yaxşı oynadıq. Baxmayaraq ki, matçın ilk yarısında rəqibə bir neçə qol şansı da yaratdıq. İkinci hissə isə tam olaraq "Maribor"un üstünlüyü şəraitində keçdi. Qələbə qazansaq da, mərhələ keçə bilmədik. Çünki ilk oyunda məğlub olmaqla öz şanslarımızı çox çətinə salmışdıq. Komandamız Bakıda zəif çıxış etmişdi. "Qəbələ" bəxtli komandadır. Onların fantastik qapıçısı var. Hər iki oyunda komandasını bir neçə real qoldan xilas etdi. O, bu iki oyunun qəhrəmanıdır".