Emin Mahmudov Qara Qarayevlə görüşünü belə qeyd etdi
27 avqust 2016 11:00
Portuqaliyanın "Boavişta" klubunun yarımmüdafiəçisi Emin Mahmudov Bakıda təlim-məşq toplanışına başlayan Azərbaycan yığmasının düşərgəsinə qoşulub. Azerisport.az xəbər verir ki, Emin millimizin düşərgəsində keçmiş dostu Qara Qarayevlə görüşüb və onlar bunu xüsusi qeyd ediblər.
Belə ki, Mahmudov illər öncə yeniyetmələrdən ibarət komandamızda birgə çıxış etdiyi Qarayevlə köhnə və yeni fotolarını da paylaşıb.
Qeyd edək ki, Azərbaycan yığması hazırda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində qarşılaşacağı San Marino ilə oyuna hazırlaşır.