Erat qol vurdu, komandası 3 xala sevindi
27 avqust 2016 00:40
Almaniya üçüncü Bundesliqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası - "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Maqdeburq" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Erat bu görüşə start heyətdə başlayıb. O, 40-cı dəqiqədə komandasına qələbə gətirən qola imza atıb. 44-cü dəqiqədə sarı vərəqə alan futbolçumuz 70-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 5 turdan sonra "Duysburq" 20 klub arasında 11 xalla 1-ci yerdə qərarlaşıb.