Trşpişovski Qarabağla bir qrupa düşmələrindən narahatdı
27 avqust 2016 00:30
Çexiyanın "Slovan" klubunun baş məşqçisi İndrjix Trşpişovski Avropa Liqasında İtaliya "Fiorentina"sı, Yunanıstan PAOK-u və "Qəbələ" ilə bir qrupa düşmələrinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Fiorentina" və PAOK-la düşməyimizdən razıyıq. Bu klublar oynamaq istədiyimiz rəqiblərdəndir. Bu rəqiblərlə səfər oyunlarına yollanmaq da maraqlı olacaq. Təəssüf ki, "Qarabağ" ümumi görüntünü bir az korladı. Biz həm belə uzaq səfərə çıxmağı, həm də "Viktoriya"ya çox böyük çətinlik yaratmış bir rəqiblə qarşılaşmağı istəmirdik. Çünki 4-cü səbətdən gələn komandalar populyar olmur və ağır rəqib hesab olunur".