Emin Nurinin komandası İsveç kubokuna darmadağınla başladı
27 avqust 2016 00:20
Futbol üzrə İsveç kubokunda ikinci təsnifat mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da yeni mövsümdə ilk matçını keçirib.
Sözügedən klub aşağı liqa təmsilçisi "Qrebbestad"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 0:3.
Çempionat oyunlarında daim 90 dəqiqə meydanda olan Emin kubok görüşünü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, bu qələbə "Kalmar"ın İsveç kubokunun qrup mərhələsinə vəsiqə qazanmasına kömək edib.