Sumqayıt AZAL-la yoxlama oyunu keçirəcək
27 avqust 2016 00:10
Premyer Liqada yaranmış fasilə ilə əlaqədar olaraq "Sumqayıt" və AZAL da yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, sözügedən komandalar sınaq matçı keçirməyə qərar veriblər.
Qarşılaşma avqustun 30-da saat 18:00-da "Sumqayıt Arena"da start götürəcək.