Ruslan Abışov San Marino ilə oyunu buraxacaq
26 avqust 2016 19:20
Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib. Azerisport.az xəbər verir ki, Ruslan Abışov ("İnter") zədələndiyi üçün toplanışda iştirakını dayandırmalı olub.
Futbolçu DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək.