Fiorentina rəsmisindən Qarabağ açıqlaması
26 avqust 2016 18:40
İtaliyanın "Fiorentina" klubunun baş meneceri Pantaleo Korvino Avropa Liqasının qrup mərhələsində "Qarabağ" ilə düşmələrinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Avropa Liqasının çox maraqlı olacağını gözləyirik. Bu mövsüm mükafat uğrunda mübarizə aparacaq çoxlu güclü kollektiv var. Öz oyunlarımızı da maraqla gözləyirik. Saloniki təmsilçisi, "Slovan" təşkilatlanmış, yaxşı Avropa təcrübəsi olan komandalardır. Azərbaycandan olan komanda ilə görüş də bizim üçün maraqlıdır. Baxmayaraq ki, bizi oraya uzun yolçuluq gözləyir".