Qarabağ qrup mərhələsinə Bakıda, Qəbələ Brüsseldə start verəcək
Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil edəcək "Qarabağ"la "Qəbələ"nin oyunlarının təqvimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, “Qəbələ” C qrupunda “Anderlext” (Belçika), “Sent Etyen” (Fransa) və “Maynts”la (Almaniya) mübarizə aparacaqsa, “Qarabağ” J qrupunda “Fiorentina” (İtaliya), PAOK (Yunanıstan) və “Slovan”la (Çexiya) qarşılaşacaq.
15 sentyabr
19:00. "Anderlext" – "Qəbələ"
21:05. "Qarabağ" – "Slovan"
29 sentyabr
19:00. "Fiorentina" – "Qarabağ"
21:05. "Qəbələ" – "Maynts"
20 oktyabr
19:00. "Qarabağ" – PAOK
21:05. "Sent Etyen" – "Qəbələ"
3 noyabr
19:00. "Qəbələ" – "Sent Etyen"
21:05. PAOK – "Qarabağ"
24 noyabr
19:00. "Slovan" – "Qarabağ"
21:05. "Qəbələ" – "Anderlext"
8 dekabr
19:00. "Maynts" – "Qəbələ"
21:05. "Qarabağ" – "Fiorentina"
Qeyd edək ki, matçların başlama saatları Mərkəzi Avropa vaxtı ilə göstərilib.